09 oktyabr 2023 01:40
314

“Fənərbaxça” səfərdə, “Beşiktaş” evdə qələbəyə sevindi

Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, son gündə daha 4 görüş baş tutub.

“Rizəspor” evdə “Samsunspor”a, “Beşiktaş” “İstanbulspor”a, “Hatayspor” isə “Konyaspor”a qalib gəlib. “Kasımpaşa”nın qonağı olan “Fənərbaxça” da turu inamlı qələbə ilə başa vurub.

“Fənərbaxça” hazırda 24 xalla vahid liderdir. “Qalatasaray” 22 xalla ikinci, “Adana Dəmirspor” 17 xalla üçüncüdür. “Beşiktaş” 16, “Hatayspor” 14 xal xal toplayıb.

Türkiyə Super Liqası
8-ci tur
6 oktyabr

Adana Dəmirspor – Trabzonspor 1:0
Qol: Nani, 29.

Alanyaspor – Fatih Karagümrük 2:1
Qollar: K.Eduardo, 18. O.Aydın, 83 – G.Yalçın, 90.

7 oktyabr

Pendikspor – Sivasspor 2:3
Qollar: E.Yardımcı, 68. G.Kaya, 74 – Barrou, 4. Manay, 57. Appindanqoye, 76.

Ankaragücü – Kayserispor 3:0
Qollar: Q.Rodriqes, 49. Bayiç, 52. Maçeda, 89.

Antalyaspor – Qalatasaray 0:2
Qollar: D.Sançes, 58. İkardi, 86.

Başakşəhər – Qaziantep 2:0
Qollar: Opoku, 3. Djilobodji, 36-öz qapısına.

8 oktyabr

Rizəspor – Samsunspor 1:0
Qol: B.Keser, 80.

Beşiktaş – İstanbulspor 2:0
Qollar: Abubakar, 6. Gezzal, 90.

Hatayspor – Konyaspor 3:1
Qollar: R.Dadaşov, 22-pen; 53. Strandberq, 83 – Prip, 32.

Kasımpaşa – Fənərbaxça 0:2
Qollar: Dzeko, 6. Tadiç, 45+3-pean.