08 oktyabr 2023 22:07
322

Renat Dadaşov Superliqada dubl etdi

Türkiyə Superliqasında 8-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün "Konyaspor"u qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

"Hatayspor" - "Konyaspor" - 3:1

Qollar: Renat Dadaşov, 22-pen. (1:0), Prip, 32 (1:1), Renat Dadaşov, 54 (2:1), Strandberq, 84 (3:1)

Start heyətdə meydana çıxan Dadaşov dubl etməklə komandasının qələbəsində mühüm rol oynayıb. O, 78-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Hatayspor" 14 xalla 5-ci, "Konyaspor" 9 xalla 14-cü pillədə qərarlaşıb.