08 oktyabr 2023 21:35
327

“Qarabağ” “Neftçi”yə qalib gəldi

Misli Premyer Liqasının 9-cu turu çərçivəsində “Neftçi” ilə “Qarabağ” üz-üzə gəliblər.

“İki sahil” xəbər verir ki, oyunun 46-cı dəqiqəsində Juninyo hesabı açıb. Qarşılaşmada son nöqtəni isə 88-ci dəqiqədə Redon Cica qoyub – 0-2.

Misli Premyer Liqası,

9-cu tur

8 oktyabr

19:30. “Neftçi” 0–2 “Qarabağ”

Qol: Juninyo, 46, Redon Cica, 88

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.

“Neftçi Arena”