08 oktyabr 2023 10:52
263

Messi qayıtdı, amma komandası....

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-də növbəti oyuna çıxıb.

“İki sahil” xəbər verir ki, komanda evdə "Çinçinnati" ilə qarşılaşıb.Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Lionel Messi matça ehtiyat oyunçular skamyasında başlayıb və 55-ci dəqiqədə meydana daxil olub. Bundan əvvəl argentinalı hücumçu ayağından aldığı zədə səbəbindən komandanın ardıcıl dörd matçını buraxmışdı.

Hazırda "İnter Mayami" MLS turnir cədvəlində 33 xalla 27-ci yerdədir. “Cincinnati” 68 xalla turnir cədvəlində vahid liderdir. Beləliklə, "İnter Mayami" pley-off şansını itirib. Çünki komanda ilk 9-luğa yüksələ bilməyəcək.