"Real"ın prezidenti Florentino Peres koronavirusa yoluxub.
“İki sahil” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bu səbəbdən La Liqanın 9-cu turunun "Osasuna"ya qarşı matçına getməyib.
76 yaşlı klub rəhbərinə koronavirus diaqnozu qoyulub.
Qeyd edək ki, Peres ikinci dəfədir bu xəstəliyə yoluxub. Onda ilk dəfə 2021-ci ilin fevralında koronavirus aşkarlanmışdı.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq