"Qalatasaray" Türkiyə Superliqasında 8-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, İstanbul klubu səfərdə "Antalyaspor"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu komandanın ölkə çempionatında ardıcıl 7-ci qələbəsi olub
"Antalyaspor" 0-2 "Qalatasaray"
Qollar: Sançes, 58, İkardi, 88
Bu qələbə ilə xalını 22-ə çatdıran (8 oyun) "Qalatasaray" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 7 oyundan 21 xalla 2-ci pilləyə düşən "Fənərbaxça" sabah "Kasımpaşa"ya qalib gəlsə, yenidən lider olacaq. "Adana Demirspor" 17 xalla (8 oyun) 3-cüdür.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq