07 oktyabr 2023 13:45
334

Avropa Kuboku: Azərbaycanın voleybol komandası yarımfinala yüksəlib

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) çıxış edən Azərbaycanın kişilərdən ibarət “Murov Az Terminal” komandası yarımfinala vəsiqə qazanıb.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, komanda 1/4 finalda Macarıstanın “SRSE Budapeşt” kollektivinə qalib gəlib.

Komandalar arasında keçirilən iki oyundan birində rəqib, digərində isə “Murov Az Terminal” qələbə qazanıb.

Ardınca qalibi müəyyənləşdirmək üçün qızıl set oynanılıb. Bu setdə 15:8 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi növbəti mərhələyə adlayıb.