07 oktyabr 2023 09:32
356

MPL: "Qəbələ" "Səbail"ə, "Sabah" "Araz-Naxçıvan"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Qəbələ" "Səbail"i qəbul edəcək.

Günün digər görüşündə isə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 

7 oktyabr

16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu

18:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
“Bank Respublika Arena”

8 oktyabr

16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
“Kapital Bank Arena”

19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
“Neftçi Arena”

6 oktyabr

“Zirə” 2–1 “Turan Tovuz”