06 oktyabr 2023 17:26
291

"Bavariya"da yeni müqavilə

"Bavariya" futbolçusu Frans Kratsiqin müqaviləsini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı müdafiəçi 2027-ci ilin yayına kimi "Bavariya"ya məxsus olacaq.

Qeyd edək ki, "Bavariya" Frans Kratsiqi 2017-ci ildə "Nürnberq" akademiyasından heyətinə cəlb edib. Almaniya U-20 millisinin üzvü bu mövsüm Bundesliqada bir matça çıxıb.