Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək.
Birinci dövrənin son turunda lider “Zirə” ev matçına çıxacaq. Rəşad Sadıqovun komandası mövsümə heç də uğursuz başlanğıc etməyən “Turan Tovuz”u qəbul edəcək.
Bakılılar hazırda 16 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 6-cı pillədəki Tovuz təmsilçisinin hesabında 11 xal var.
Qeyd edək ki, turun “Qəbələ” – “Səbail”, “Sabah” – “Araz-Naxçıvan” görüşləri oktyabrın 7-də, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları isə 8-də keçiriləcək.
Misli Premyer Liqası
IX tur
6 oktyabr
18:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq