"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.
“Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.
İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.
H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.
***
“Qarabağ” “Hakken”lə matçda hesabı açdı. Juninyo 70-ci dəqiqədə fərqlənir - 0:1.
***
İsveçdə "Hakken" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq