"İnter Mayami"nin futbolçusu Lionel Messi MLS-də "Çikaqo Fayr"la səfər matçında iştirak etməyib.
"İki sahil" xarici KİV-ə istinadə xəbər verir ki, argentinalı hücumçu ayağındakı zədə səbəbindən ardıcıl dördüncü matçı buraxıb.
DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün sentyabr ayında Argentina millisinə getdikən sonra futbolçu klubu üçün meydanda cəmi bir oyun keçirib.
Qeyd edək ki, "Çikaqo Fayr" - "İnter Mayami" görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq