05 oktyabr 2023 09:43
325

"Qarabağ" "Hekken"ə qarşı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası İsveçin "Hekken" klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk turda Bakıda "Molde"yə qalib gələn (1:0) Ağdam təmsilçisi səfər matçından da xal və ya xallarla dönmək əzmindədir.

H qrupunun digər matçında "Molde" "Bayer"i qəbul edəcək.

5 oktyabr

UEFA Avropa Liqası

H qrupu

23:00."Hekken" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya)

23:00."Molde" (Norveç) - "Bayer" (Leverkuzen, Almaniya)