ABŞ Senatı prezident Cozef Baydenin Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə keçmiş koordinatoru Ceyms Obrayenin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizədliyini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, onun namizədliyini 67 senator dəstəkləyib, 31 senator isə əleyhinə çıxıb.
O, xüsusilə Rusiya ilə münasibətlərlə bağlı məsələlərə nəzarət edəcək. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini martın sonunadək Karen Donfrid tutub.
Onun istefası barədə daha əvvəl Amerikanın xarici siyasət departamentinin rəhbəri Entoni Blinken məlumat vermişdi.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq