Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSV-yə qarşı matç (2:2) "Sevilya"nın müdafiəçisi Serxio Ramos üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, o, sözgedən görüşün 68-cı dəqiqəsində komanda yoldaşı Nemanya Qudelin vurduğu qolun ötürməsini verib. Bununla da 36 yaş 187 günlüyündə olan müdafiəçi ÇL-də qol ötürməsi verən ən yaşlı futbolçu kimi tarixə düşüb.
Əvvəlki rekord “Roma”nın sabiq hücumçusu Françesko Tottiyə məxsus idi - 37 yaş 355 gün.
Qeyd edək ki, Ramos sabiq klubu "Sevilya"ya sentyabrın 4-də qayıdıb.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq