"Bavariya" Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi bunu ötən gecə qrup mərhələsini 2-ci turunda "Kopenhagen"ə qalib gəlməklə (2:1) bacarıb. Bundesliqa klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 18 oyundur ki, məğlub olmur. Bu da turnirin rekordu deməkdir.
"Bavariya" sonuncu dəfə 2017-ci ildə səfərdə PSJ-yə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Bavariya" hazıda A qrupunda 6 xalla liderdir.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq