04 oktyabr 2023 14:09
300

KİV: İngiltərə və İrlandiya AVRO-2028-ə evsahibliyi edəcəklər

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına evsahibliyi edəcək ölkələr müəyyənləşib.

"İki sahil" "Sky Sports"a istinadla xəbər verir ki, yarış İngiltərə və İrlandiyada təşkil olunacaq.

Bu, Türkiyə Futbol Federasiyasının namizədliyini geri götürməsindən sonra bəlli olub.

Qeyd edək ki, daha əvvəl Türkiyə və İtaliya AVRO-2032-ni birgə təşkil etmək üçün UEFA-ya müraciət edib.