03 oktyabr 2023 15:22
358

"Real" ittihamlarla əlaqədar bəyanat yaydı

Keçmiş polis komissarı Xose Manuel Vilyarexo "Real"ın prezidenti Florentino Pereslə bağlı iddialar irəli sürüb.

"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, o, funksioneri hakimlərə rüşvət verməkdə günahlandırıb. 

"Real" bu məsələ ilə əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilib: "Real" Futbol Klubu prezidenti Florentino Perez, Kataloniya radiosunda səsləndirilən saxta ittihamlara görə keçmiş komissar Villarexoya qarşı dərhal məhkəməyə müraciət edilməsini əmr edib".