"Atletiko" La Liqada 8-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Madrid klubu "Kadiz"i qəbul edib.Dieqo Simeonenin komandası hesabda 0:2 geridə olsa da, yekunda 3:2 hesablı əzmkar qələbə qazanıb.
"Atletiko" - "Kadiz" - 3:2
Qollar: Pires, 12 (0:1), Marti, 27 (0:2), Korrea, 32 (1:2), Molina, 46 (2:2), Korrea, 66 (3:2)
Bu nəticədən sonra "Atletiko" 16 xalla (7 oyun) 4-cü, "Kadiz" 9 xalla (8 oyun) 12-cidir. Turnir cədvəlinə 21 xalla (8 oyun) "Real" başçılıq edir. "Barselona" 20 xalla (8 oyun) 2-ci, "Jirona" 19 xalla (8 oyun) 3-cüdür.
Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq