02 oktyabr 2023 01:26
396

İtaliya A Seriyası: “Yuventus” ardıcıl ikinci səfər oyununda xal itirib

Oktyabrın 1-də futbol üzrə İtaliya A Seriyasında 7-ci turun növbəti oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, günün mərkəzi oyunun Berqamoda oynanılıb. Qonşu pillələrdə qərarlaşan “Atalanta” ilə “Yuventus” arasında keçirilən matçda qapılara qol vurulmayıb – 0:0.

Bu nəticədən sonra “Yuventus” 14 xalla dördüncü, “Atalanta” isə 13 xalla beşinci pillədə qərarlaşıb.

Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:

“Roma” – “Frozinone” – 2:0

“Boloniya” – “Empoli” – 3:0

“Udineze” – “Cenoa” – 2:2.

Qeyd edək ki, İtaliya çempionatında turnir cədvəlinə 18 xalla “İnter” başçılıq edir. Onunla eyni miqdarda xalq toplayan “Milan” ikinci pillədədir. Üçüncü yerdə qərarlaşan “Napoli”nin 14 xalı var.