01 oktyabr 2023 15:57
451

Bakıda təşkil edilən kəmər güləşi üzrə Avropa çempionatı ilə bağlı görüş keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatı ilə bağlı məşqçi və ölkələrin nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir qitə birinciliyinin təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutub.

Görüşdə yarışın təşkilatçıları olan Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Kəmər Güləşi Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA), Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri, həmçinin, iştirakçı komandaların rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən müxtəlif federasiyaların prezidentləri, nümayəndələri, məşqçiləri və hakimlər təşkilatçılıqdan razılıq bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki, bu gün startı verilən Avropa çempionatı oktyabrın 4-dək davam edəcək.