Misli Premyer Liqasının 8-ci turu çərçivəsində “Səbail” “Sabah”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, matçın 28-ci dəqiqəsində “Səbail” hesabı açıb. Ev sahiblərinin heyətində Yusif Nəbiyev fərqlənib. 41-ci dəqiqədə isə Emmanuel Appeh “Sabah”ın bərabərlik qolunun müəllifi olub.
Oyunun 84-cü dəqiqədə fərqlənən Anatoli Nuriyev “Sabah”ı hesabda önə çıxarsa da 87-ci dəqiqədə Adi Mehremiç bərabərliyi təmin edib – 2-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
8-ci tur
30 sentyabr (şənbə)
18:00. “Səbail” 2–2 “Sabah”
Qollar: Yusif Nəbiyev, 28 (1:0), Emmanuel Appeh, 41 (1:1), Anatoli Nuriyev, 84 (1:2), Adi Mehremiç, 87 (2:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”