30 sentyabr 2023 08:39
434

"Turan Tovuz" "Neftçi"yə, "Səbail" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Neftçi" "Turan Tovuz"un qonağı olacaq. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.

Günün digər matçında isə "Sabah" səfərdə - "ASCO Arena"da "Səbail"lə qarşılaşacaq. Bu oyun saat 18:00-da start götürəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

30 sentyabr (şənbə)

16:00. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Tovuz şəhər stadionu

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”

1 oktyabr (bazar)

16:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

18:30. Araz-Naxçıvan”– “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev
“Dalğa Arena”

29 sentyabr (cümə)

“Qarabağ” – “Sumqayıt” - 5:0