29 sentyabr 2023 22:35
449

Fransalı məşhur futbolçu intihara cəhd etdi

Fransanın "Nitsa" klubunun futbolçusu Aleksis Beka Beka Nitsa şəhərindəki A8 avtoyolunun üzərində olan Manyan körpüsündə intihara cəhd edir.

“İki sahil” xəbər verir ki, 22 yaşlı futbolçunun sevgilisindən ayrıldığı üçün intihar etdiyi deyilir. 

Məlumata görə, polis və digər fövqəladə qurumların əməkdaşları oyunçunu niyyətindən daşındırmağa çalışırlar.

Hadisə nəticəsində 5 kilometrlik tıxac yaranıb.