29 sentyabr 2023 17:33
451

Rusiya təmsilçilərinin Yay Paralimpiya Oyunlarında iştirakına icazə verilib

Rusiya paralimpiyaçıları beynəlxalq turnirlərdə neytral statusda mübarizə apara biləcəklər.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, ölkə təmsilçiləri 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak edəcəklər.