"Real" futbolçusu Eduardo Kamavinqa ilə yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə imzalayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Bildirilib ki, fransalı yarımmüdafiəçi ilə 2027-ci ildə başa çatan hazırkı müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar sürətlə davam edir. Klub və futbolçunun nümayəndələri arasında ilk təmaslar aprel ayında olub və hazırda tərəflər razılığa gəlməyə yaxındır. Kamavinqanın tezliklə yeni müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildə "Renn"dən "Real"a transfer olunub.