26 sentyabr 2023 09:14
281

Kolumbiyada klub prezidenti uduzduqları oyundan sonra öldürülüb

Kolumbiyanın "Tiqres" klubunun prezidenti Edqar Paes öldürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Funksioner II Liqanın XIII turunda "Atletiko Kali"yə uduzduqları matçdan sonra güllələnib.

Hadisə Paes qarşılaşmadan sonra evə qayıdarkən baş verib. Kolumbiya Futbol Federasiyası da onun vəfatı ilə bağlı başsağlığı verib.