25 sentyabr 2023 18:17
348

Azərbaycan boksçuları Rusiyadakı beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycan millisi Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə 6 medal qazanıb.

“İki sahil” Azərbaycan Boks Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, komandanın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kq çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.

Yığmanın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, komanda sentyabrın 26-da Bakıya qayıdacaq.