25 sentyabr 2023 23:58
393

Şəhidin xatirəsinə həsr olunmuş futbol yarışı

24 sentyabr 2023-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində  Lənkəran rayonunun Separadi idman kompleksinin stadionunda şəhid  Xüsusi Təyinatlı Qüvvələrinin giziri Xəyal Əhədzadənin xatirəsinə həsr olunmuş mini-futbol turnirinin açılış mərasimi və ilk qrup oyunları keçirilib.

Açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, kənd ağsaqqalları, ziyalıları və sakinləri iştirak ediblər.

Turnir Azərbaycan Respublikası Dövlət Himni oxunması  və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə   başlanıb.

Çıxışlarda Lənkəran-Astara Regional Gənclər İdman  İdarəsinin əməkdaşı Yusif Xamiyev, Zövlə bələdiyyəsinin sədri Niyaməddin Məmmədov və şəhidin atası Əlövsət Əhədov  Vətən müharibəsindən, şəhidin göstərdiyi şücaətindən söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu, bu siyasətin gələcək nəslin sağlam yetişməsi, həmçinin bədən tərbiyəsi və idmanın inkişafı məqsədi daşıdığını deyiblər . Natiqlər  onu da bildiriblər ki, nəinki Lənkəranda, regionda da idman yarışlarının, idmanın kütləviliyinin artırılması məqsədilə tədbirlər görülür, bədən tərbiyəsi və idmanın əsas istiqamətlərini müəyyən etmək üçün bu sahədə işlər ardıcıl  olaraq aparılır.  Keçirilən bu kimi tədbirlər yeniyetmə və gənclərin fiziki inkişafı ilə yanaşı, onların vətənpərvərlik tərbiyəsinin inkişafında  böyük önəm daşıyır.

Daha sonra meydan  komandaların ixtiyarına verilib.  İlk qrup oyunlarının nəticələri isə belə olub: Separadi 6-0 Üzümçülük; Zövlə 1- 0 Boladi; Tükəvilə 2 - 1 Mahmudavar.

Turnir  13 oktyabr tarixinə kimi davam edəcək.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin