24 sentyabr 2023 22:08
305

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında gümüş əldə edib.

“İki sahil” xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda kubalı Luis Sançesə uduzub.

Daha əvvəl 63 kq-dəki Murad Məmmədov da gümüş medalla kifayətlənib.