24 sentyabr 2023 21:59
335

İdmançımız paralimpiadaya lisenziya əldə edib

Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun Lima şəhərində keçirilən dünya çempionatının qızıl medal qazanıb

“İki sahil” xəbər verir ki, para-atlet 50 metrə məsafəyə atışda 220.5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilə Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.