24 sentyabr 2023 19:05
309

“Sabah” - “Kəpəz” oyununda 4 qol

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində “Sabah” “Kəpəz”i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində Abdullahi Şuaybu qapıçının səhvindən istifadə edərək hesabı açıb.

Oyunun 24-cu dəqiqəsində Con İrasabal hesabı bərbərləşdirib – 1-1. 51-ci dəqiqədə isə Boyan Letiç penaltidən “Sabah”ı hesabda önə çıxarıb.

60-cı dəqiqədə fərqlənən Georgi Papunaşvili “Kəpəz”in bərabərlik qolunu vurub.

Misli Premyer Liqası,

7-ci tur

24 sentyabr (bazar)

17:00. “Sabah” 2-2 “Kəpəz”

Qollar:  Abdullahi Şuaybu, 9 (0:1), 3. Con İrasabal, 24 (1:1), Boyan Letiç, 51-pen. (2:1), Georgi Papunaşvili, 60 (2:2)

Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov

“Bank Respublika Arena”