24 sentyabr 2023 18:18
294

De Yonq 2 ay oynamayacaq

“Barselona”nın zədəli futbolçusu Frenki de Yonqun durumu bəlli olub.

“İki sahil” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqanın 6-cı turunun “Selta” ilə matçında (3:2) topuğundan zədələnən  niderlandlı yarımmüdafiəçi bir müddət meydana çıxa bilməyəcək.

AS nəşri isə onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, De Yonq bu mövsüm meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.