24 sentyabr 2023 14:34
300

Rusiya millisi Türkiyədə yoldaşlıq oyunu keçirəcək

Oktyabrın 16-da Rusiya və Keniya milli komandaları arasında yoldaşlıq görüşü nəzərdə tutulub. 

“İki sahil” xəbər verir ki, bu barədə RB Sport məlumat yayıb. Görüş Türkiyədə  keçiriləcək.

Daha əvvəl bildirilirdi ki, oktyabrın 12-də Rusiya millisi Rusiyada Kamerun yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də komanda yalnız yoxlama görüşləri keçirir.