"Mançester Siti" İngiltərə Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb.
“İki sahil” xəbər verir ki, son çempion 6-cı turda "Nottinqem Forest"i qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Mançester Siti" 2-0 "Nottinqem Forest"
Qollar: Foden, 7 Haaland, 14
Qırmızı vərəqə: Rodri, 46 ("Mançester Siti")
Bu qələbə ilə xalını 18-ə (6 oyun) çatdıran Xosep Qvardiolanın baş məşqçisi olduğu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Tottenhem" 13 xalla (5 oyun) 2-ci, "Liverpul" 13 xalla (5 oyun) 3-cüdür.