23 sentyabr 2023 15:32
305

Ronaldo: Ayaqlarım "bəsdir" deyənə qədər oynayacağam

Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inin futbolçusu Kriştiano Ronaldo hələ karyerasını başa vurmağı düşünmür.

“İki sahil” xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. 38 yaşlı portuqaliyalı hücumçu deyib: 

“Deyirlər ki, artıq futboldan imtina edə bilərsən... Bu doğru deyil. Ayaqlarım “Kriştiano, bizdən bu qədər” deyənədək oynamağa davam edəcəyəm.

Mən hələ də futbolu, qol vurmağı sevirəm. Sübut edirəm ki, məndən imtina etmək üçün hələ tezdir".

Qeyd edək ki, dünən, sentyabrın 22-də Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunun “Əl-Nəsr” – “Əl-Əhli” görüşü keçirilib və bu matçda Ronaldonun komandası rəqibini 4:3 hesabı ilə məğlub edib. Kriştiano dubla imza atıb.