23 sentyabr 2023 08:43
292

Misli Premyer Liqasında 7-ci tur başlayır

Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Sumqayıt" doğma meydanda "Turan Tovuz"la qarşılaşcaq. Oyun saat 18:00-da başlayacaq.

Digər görüşdə isə lider "Zirə" "Neftçi"ni qəbul edəcək. Bu matç isə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, tura 24 və 25 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.

23 sentyabr (şənbə)

18:00. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı
“Kapital Bank Arena”

20:30. “Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev
Zirə OİK stadionu

24 sentyabr (bazar)

17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov
“Bank Respublika Arena”

19:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
“ASCO Arena”

25 sentyabr (bazar ertəsi)

19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev
Qəbələ şəhər stadionu