21 sentyabr 2023 10:34
343

FİFA agenti lisenziyası almaq istəyənlər imtahan veriblər

FİFA agenti lisenziyası almaq istəyənlər imtahan veriblər.

“İki sahil” xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.

İmtahanda uğurlu nəticə əldə edən şəxslər nəzərdə tutulan lisenziya rüsumunu ödəyərək, FİFA agenti kimi fəaliyyət göstərə biləcəklər.

AFFA növbəti imtahanlar barədə daha sonra məlumat verəcək.