“Qarabağ”ı böyük klub hesab edirəm”.
“İki sahil” xəbər verir ki, bunu Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis səfərdə uğurlu nəticəyə ümid etdiklərini bildirib. O, Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib: “Qarabağ” 3 il əvvəl qarşılaşdığımız komanda ilə müqayisədə daha da güclənib. Bu komandanın tarixi ilə maraqlanmışam. Çox uğurlu baş məşqçiləri var. Hər il inkişaf edən komandadır”.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.