20 sentyabr 2023 17:38
359

Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi

Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Ştefan Kuntsla yollarını ayırıb.

"İki sahil" TFF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2021-ci ilin sentyabrından Türkiyə millisini çalışdırırdı. Yığma onun rəhbərliyi altında 20 matçda 12 qələbə qazanıb, 5 dəfə məğlub olub.