20 sentyabr 2023 16:13
312

Ramil Şeydayevin komandası Asiya Çempionlar Liqasına qələbə ilə başlayıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu Asiya Çempionlar Liqasının qrup mərhləsinə qələbə ilə başlayıb.

“İki sahil” xəbər verir ki, ölkə çempionu Çinin "Çjetszyan Qrintaun" klubunu məğlub edib.

Qarşılaşma Tailand təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib. Görüşə start heyətində başlayan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, komanda oktyabrın 4-də Yaponiyada "Kofu"nun qonağı olacaq.