Azərbaycan futzal millisi bu gün dünya çempionatının elit mərhələsində ikinci oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda Niderlandla qarşılaşıb. Bakı İdman Sarayında keçirilən oyun rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Türkiyəni məğlub etmişdi. Sentyabrın 21-də isə rəqib İsveçrə yığması olacaq.