20 sentyabr 2023 12:43
305

Levandovski "Barselona"nın tarixinə düşdü

"Barselona"nın futbolçusu Robert Levandovski klubun tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, 35 yaşlı hücumçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Antverpen"lə oyunda (5:0) qol vurmaqla rekorda imza atıb.

Polşalı forvard Kataloniya təmsilçisinin heyətində Çempionlar Liqasında qol vuran ən yaşlı oyunçu olub.

O, bunu 35 yaş 29 günündə bacarıb. Əvvəlki rekord 2021-ci ildə Kiyev "Dinamo"su ilə qarşılaşmada qol vuran Jerar Pikeyə məxsus idi. Pike 34 yaş, 260 günlüyündə bunu etmişdi.