18 sentyabr 2023 14:17
363

PFL-də AFFA nümayəndəsi ilə görüş keçirilib

Bu gün Peşəkar Futbol Liqasında (PFL) AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz bəyə xidmətlərinə görə təşəkkür edilib və hədiyyələr təqdim olunub.