17 sentyabr 2023 22:36
379

Dünya çempionatında qadın güləşçilərin rəqibləri müəyyənləşib

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından “İki sahil”ə bildirilib ki, bu gün qadın güləşi üzrə püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.

50 kq

Təsnifat mərhələsi

Mariya Stadnik - Yusneylis Quzman (Kuba)

53 kq

Təsnifat mərhələsi

Elnurə Məmmədova - Andrea Ana (Rumıniya)

57 kq

1/16 final

Jalə Əliyeva - Andrea Qonzales (Kolumbiya)

59 kq

1/8 final

Alyona Kolesnik - Bolortuya Xurelxuu (Monqolustan) / Kristina Sazikina (AİN)

62 kq

Təsnifat mərhələsi

Elis Manolova - Natali Qriman (Venesuela)

65 kq

1/8 final

Birgül Soltanova - Kadriye Aksoy (Türkiyə)