17 sentyabr 2023 21:26
497

“Qarabağ” - “Sabah” qarşılaşmasında 2 qol

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ” “Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta ağdamlıların üstünlüyünü iki topa çatdırıb.

Matçda başqa qol vurulmayıb.

Misli Premyer Liqası,

6-cı tur

17 sentyabr (bazar)

19:30. “Qarabağ” 2–0 “Sabah”

Qollar: Juninyo, 56 (1:0), Hamidu Keyta, 88 (2:0)

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu