17 sentyabr 2023 18:47
408

Tovuzda qollu bərabərlik

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində “Turan Tovuz” “Qəbələ”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 56-cı dəqiqəsində Fərid Nəbiyev hesabı açıb. 59-cu dəqiqədə isə Belajdi Pusi tovuzluların üstülüyünü iki topa çatdırıb.

Oyunun 72-ci dəqiqəsində buraxılan qollardan birinin əvəzini çıxan “Qəbələ”nin futbolçusu Osama Xalayla 78-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Matçda başqa qol vurulmayıb.

Misli Premyer Liqası,

6-cı tur

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” 2–2 “Qəbələ”

Qollar: Fərid Nəbiyev, 56 (1:0), Belajdi Pusi, 59 (2:0), Osama Xalayla, 72 (2:1), 78-pen. (2:2)

Qırmızı vərəqə: Xəqani Məmmədov, 30  ("Qəbələ", məşqçi)

Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev

Tovuz şəhər stadionu