17 sentyabr 2023 14:49
411

Voleybol üzrə Avropa çempionu oldular

Kişilər arasında voleybol üzrə Avropa çempionatına yekun vurulub.

“İki sahil” xəbər verir ki, finalda son çempion İtaliya ilə Polşa milli komandası qarşılaşıb.

Görüş Polşa millisinin 3:0 (25:20, 25:21, 25:23) hesabı ilə qələbəsi ilə başa çatıb. Bununla da polyaklar tarixində ikinci dəfə Avropa çempionu adını qazanıb.

3-cü yer uğrunda oyunda Sloveniya Fransadan üstün olub. Onlar 3:2 hesabı ilə qalib gəlməklə bürünc medal qazanıblar.

Qeyd edək ki, İtaliya, İsrail, Bolqarıstan və Şimali Makedoniyada keçirilən qitə çempionatında 24 komanda iştirak edirdi.