"Barselona" La Liqada növbəti oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Kataloniya təmsilçisi 5-ci turunda "Betis"lə qarşılaşıb. Görüşdə "Barselona" rəqibini 5:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 13 xalla 1-ci, "Betis" isə 7 xalla 9-cudur.
"Barselona" - "Betis" - 5:0
Qollar: J.Feliks, 25. Levandovski, 32. F.Torres, 62. Rafinya, 66. Kanselo, 81.