"Araz-Naxçıvan"ın futbolçusu Turan Manafovun Misi Premyer Liqasının 4-cü turunda "Sumqatyıt"ın qapısına vurduğu qol çempionatda avqust ayının ən yaxşı qolu seçilib.
“İki sahil” xəbər verir ki, T.Manafov bu gün Premyer Liqanın 6-cı turunda "Neftçi" ilə görüşdən əvvəl bu münasibətlə mükafatlandırılıb.